İranın Tasnim xəbər agentliyinin verdiyi məlumata görə, İslamabad şəhərində İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqlar heç bir razılaşma əldə olunmadan başa çatıb.
Doğru.az xəbər verir ki, nəşr “Amerikanın mövqeyi qorunduğu üçün danışıqlar nəticəsiz başa çatıb” ifadəsini qeyd edib. Bildirilir ki, növbəti mümkün danışıqlar mərhələsinin vaxtı və yeri hələ müəyyənləşdirilməyib.
Daha əvvəl ABŞ vitse-prezidenti J.D. Vance də Tehran və Vaşinqton nümayəndələrinin İslamabaddakı görüşdən sonra razılığa gələ bilmədiyini açıqlamışdı. Onun sözlərinə görə, Amerika nümayəndə heyəti İranla razılaşma olmadan ölkəsinə qayıdacaq.
DOĞRU.AZ

























