İspaniyada Torre Paçekoda miqrantlara qarşı etirazlar kütləvi iğtişaşlara çevrilib.
Doğru.az xəbər verir ki, hadisələr 68 yaşlı Dominqo adlı şəxsə qəbiristanlıq yaxınlığında edilən hücumdan sonra başlayıb.
El Pais nəşrinin məlumatına görə, iyulun 11-də keçirilən mitinq zamanı iğtişaşlar alovlanıb. Hücuma məruz qalan şəxs bildirib ki, ona bir neçə nəfər, ehtimal ki, mərakeşli miqrantlar hücum ediblər. Onun sözlərinə görə, həmin şəxslər başqa dildə danışırdılar.
La Sexta kanalına danışan Dominqo deyib: “Əgər onlar ‘saatını ver’ və ya buna bənzər nəsə desəydilər, mən anlayardım.”
Toqquşmalar artıq ikinci gündür ki, davam edir və hadisələr İspaniyanın digər bölgələrinə də yayılmağa başlayıb.
DOĞRU.AZ