Doğru.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmaq qərarına sərt reaksiya verib. Nazir Almaniya, Fransa və Böyük Britaniyaya çağırış edərək, İrana qarşı bütün sanksiyaların bərpa olunmasını tələb edib.
“Aİ-3 ölkələrini – Almaniya, Fransa və Böyük Britaniyanı İrana qarşı bütün sanksiyaları bərpa etməyə çağırıram”, – deyə Saar X sosial şəbəkəsində bildirib.
O, İranın bu addımını qəzəblə qarşılayaraq, Tehranın nüvə sahəsindəki bütün beynəlxalq öhdəliklərindən imtina etdiyini vurğulayıb.
Qeyd edək ki, iyulun 2-də İran Prezidenti Məsud Pezeşkian ölkənin MAQATE ilə əməkdaşlığını dayandıran fərman imzalayıb.
DOĞRU.AZ