İsrail Fələstinin HƏMAS hərəkatının tunel tikintisinin qarşısını almaq üçün Qəzza-Misir sərhədində Filadelfiya dəhlizi boyunca divar çəkməyə çalışır.
Bu barədə Amerikanın The Wall Street Journal qəzeti yazır.
“İsrail HƏMAS-ın tunellər qazmasının qarşısını almaq üçün dəhlizdə divar çəkməyə çalışır, həmçinin ərazini izləyən kameralar və sensorlardan məlumat əldə etmək istəyir”, – nəşr yazır.
Bundan əvvəl Fələstin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağında atəşkəs danışıqlarının növbəti mərhələsinin “blef ” olduğunu qeyd edib.
Avqustun əvvəlində İDF-nin səylərini Qəzza-Misir sərhədindəki tunelləri məhv etməyə yönəltdiyi bildirilmişdi.
Mənbə RT rusca