Hizbullahın raket bölməsinin komandiri Hüseyn Əli Hüseyn Livanda İsrail ordusunun hücumu nəticəsində öldürülüb.
Bu barədə İsrail qoşunlarının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Deyr Qanun bölgəsinə zərbələr endirib.
Bundan əvvəl İsrail aviasiyası Livanın üç məntəqəsində hədəflərə zərbələr endirib.
Mənbə RİA Novosti