İsrail nümayəndə heyətinin danışıqların növbəti raundu üçün Qahirəyə səfəri avqustun 25-nə planlaşdırılır. Bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
“İsrail nümayəndə heyətinin… girovların qaytarılması ilə bağlı danışıqların növbəti raundu üçün sabah Qahirəyə gələcəyi planlaşdırılır”.
Onun sözlərinə görə, nümayəndə heyəti Mossad kəşfiyyatının rəhbəri Devid Barneanın başçılığı ilə gələcək.
Bundan əvvəl Ağ Ev bildirmişdi ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahunu təcili olaraq HƏMAS ilə müqavilə bağlamağa çağırıb.
Mənbə TASS