image-n1karobka_ads
image-123
image-6808c52d02e8bd47c3088eddbackend

İstanbulda zəlzələdən sonra internet kəsilməsi başlayıb

İstanbulda güclü zəlzələdən sonra internetə çıxış kəsilib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Agentliyin məlumatına görə, yeraltı təkanlar zamanı divarlar silkələnib, çılçıraqlar yırğalanıb və işıqlar qısa müddətə sönüb.

Yerli sakinlər yeraltı təkanları gözləyərək çölə çıxıblar. Bir müddət sonra növbəti zəlzələ baş verib. Bəzi insanlar binalardan uzaqlaşdı, bəziləri maşınlarını sürməyə başladı.

Bundan əvvəl İstanbulda 6,2 bal gücündə zəlzələnin baş verdiyi məlum olub . Yeraltı təkanların gücü 5,9 bal olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki