image-2000x150px
image-123
image-ads_atlas
image-76d99fead01ce77dafb82587fbfb8baebackend

İsveç enerji şirkətləri üçün likvidlik zəmanəti üçün vəsait ayıracaq

image-728x90px

İsveç hökuməti milli enerji şirkətlərinə bu sahədə yüksək qiymətlər fonunda maliyyə sabitliyini qorumaq üçün 250 milyard İsveç kron (23,18 milyard ABŞ dollar – Red) likvidlik zəmanəti vermək niyyətindədir.

Bu barədə krallığın maliyyə naziri Mikael Damberq bildirib.

Onun sözlərinə görə, indiyədək yüksək və dəyişkən elektrik qiymətləri NASDAQ siyahısında olan elektrik enerjisi istehsalçıları üçün likvidlik çatışmazlığına səbəb olub.

“Rusiyanın Avropaya qaz nəqlinin azaldılması ilə bağlı son bəyanatından sonra vəziyyət daha da gərginləşib. Enerji şirkətlərinin likvidliyini təmin etmək üçün bu gün hökumət dövlətin 250 milyarda qədər kredit zəmanəti verə biləcəyini nəzərdə tutan bir təklif təqdim edib”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki