image-ads_n1karobka_mobile
image-koronavirus_italyabackend

İtaliyada koronavirus qurbanlarının sayı 175 mini keçdi

İtaliyada son sutkada koronavirus qurbanlarının sayı 112 nəfər artaraq 175 min 43-ə çatıb.

İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 25 min 389 nəfər COVID-19 infeksiyasına yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı ümumilikdə 21 milyon 721 min 630-a yüksəlib.

Hazırda reanimasiya şöbəsində olanların sayı 239, aktiv COVID-19 xəstələrinin sayı isə 727 min 812 nəfərdir.

Pandemiya dövründə İtaliyada 20 milyon 818 min 775 nəfər virusdan sağalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki