image-2000x150px
image-123
image-ads_atlas
image-c82c3caf30e0cd4c802da6afaf845221backend

İtaliyanın baş nazirliyinə namizəd: Ukrayna uduzsa, qalib Çin olacaq

image-728x90px

İtaliyanın İfrat sağçı “İtaliya Qardaşları” siyasi partiyasının lideri və İtaliyanın baş nazirliyinə namizəd Corcia Meloni bazar günü Ukraynadakı münaqişənin Qərb ölkələri üçün yaratdığı risk barədə xəbərdarlıq edib.

Italyan siyasətçi bunu “nüfuz uğrunda mübarizədə aysberqin görünən ucu” adlandırıb.

Corcia Meloni İtaliyanın şimalında keçirilən “Ambrosetti” biznes forumunda öz fikrini belə əsaslandırıb: “Ukrayna yıxılsa və Qərb məhv olsa, böyük qalib Putinin Rusiyası deyil, Si Tzinpinin Çini olacaq. Qərbdə, daha doğrusu Avropada ən zəif olanlar isə Çinin təsiri altına düşmək riski daşıyacaq. Ona görə də biz bu mübarizəni aparmalıyıq”.

“Ukraynadakı müharibə dünya nizamını yenidən formalaşdırmaq məqsədi daşıyan münaqişə aysberqinin görünən hissəsidir”,-deyə xanım Meloni sonda əlavə edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki