İtaliyadan olan bir qadın 5 milyon dollarlıq sərvətini baxıcısına qoyub.
Maria Malfatti həyatı boyu bir sıra qiymətli aktivlərə, o cümlədən bir neçə mənzilə, Roveretonun mərkəzindəki tarixi binaya, habelə bank hesablarında saxlanılan külli miqdarda pula sahib idi. İtalyan qadının ümumi sərvəti təxminən 5 milyon dollar qiymətləndirilir.
Lakin qadının heç vaxt evlənmədiyi və var-dövlətini qoya biləcəyi uşaqları olmadığı üçün mirası qardaşı oğulları almalı idi. Lakin Mariya vəsiyyətnaməsində son bir neçə ildə ona qulluq edən Albaniyadan olan baxıcısının adını göstərib.
Bundan sonra Malfattinin qohumları Mariyanın həyatının sonunda ağlını itirdiyini və tibb bacısı tərəfindən şəxsi maraqları üçün istifadə edildiyini iddia edərək baxıcını məhkəməyə verdi. Məhkəmə iş materiallarını öyrənərək, istintaq zamanı onların satılması riskinin çox böyük olduğunu nəzərə alaraq vəsiyyət edilmiş bütün pul vəsaitlərini dondurub.
Mənbə: Haberler.com