image-ads_n1karobka_mobile
image-62fb6e51920a762fb6e51920a8166064494562fb6e51920a562fb6e51920a6backend

Jurnalist YOXA ÇIXDI

Moskvada jurnalist yoxa çıxıb.

Doğru.Az xarici KİV-ə istinadən xəbər verir ki, “Moskovski Komsomolets” qəzetinin müxbiri Lev Speranski bu gün işə gəlməyib.

Onun mobil telefonu söndürülüb, özündən isə xəbər yoxdur. Məlumata görə, bu gün səhər jurnalistin yaşadığı evə gedən polis işçiləri içəri daxil olmaq istəsə də, nail ola bilməyib.

Son anda yayılan məlumata görə, jurnalist Lev Speranskini polis saxlayıb. O, istintaqa cəlb edilib.

Onun və həyat yoldaşının mobil telefonları əllərindən alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki