Venesuelanın paytaxtı Karakasda kütləvi etiraz aksiyası keçirilib. Aksiyada iştirak edən insanlar Venesuela prezidenti Nikolas Maduroya dəstək nümayiş etdirərək yürüş ediblər.
Doğru.az xəbər verir ki, RT-nin müxbiri Murad Qazdiyev hadisə yerindən bildirdiyinə görə, yürüş zamanı iştirakçılar Venesuela bayraqları qaldıraraq şüarlar səsləndiriblər. Mitinqdə Venesuelanın keçmiş prezidenti Uqo Çavesin qızı Rosines Çaves də çıxış edib.
Məlumata görə, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat həyata keçirib. Əməliyyat zamanı Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edilərək ölkədən çıxarılıb.
Yanvarın 4-də Nikolas Maduro Bruklində yerləşən istintaq təcridxanasına aparılıb.
“The Washington Post” qəzetinin məlumatına əsasən, Venesuela prezidentinə qarşı ittihamlar yanvarın 5-də Nyu-York məhkəməsində irəli sürüləcək.
DOĞRU.AZ




























