Şimali Koreya lideri Kim Çen Inın xüsusi qatarı sentyabrın 2-si səhər saatlarında Çinlə sərhədi keçib.
Doğru.az xəbər verir ki, bu barədə “Koreya səsi” radiostansiyası məlumat yayıb. Bildirilir ki, səfərdə Kim Çen Inı Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin və hökumətin yüksək vəzifəli nümayəndələri müşayiət edir.
KXDR lideri İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi ilə bağlı Çində keçiriləcək tədbirlərdə iştirak edəcək.
Qeyd edək ki, “Yonhap” agentliyi daha əvvəl Kim Çen Inın Pekinə xüsusi qatarla yollandığını yazmışdı.
DOĞRU.AZ