image-n1karobka_ads
image-123
image-24-pic_32ratio_900x600-900x600-98575backend

Kim Çen In KXDR-in ən yeni tankını şəxsən sınaqdan keçirib

Şimali Koreya lideri Kim Çen In Şimali Koreya ordusunun ən yeni tankını şəxsən yoxlayıb və gördüklərindən çox razı qalıb.

Bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.

Yeni hərbi texnika ilə tanışlıq Koreya Xalq Ordusunun tank yarışlarında baş tutub. Ryu Gyong Su adına 105-ci Qvardiya Seul Tank Diviziyası böyük üstünlüklə qələbə qazandı.

“Tank ekipajlarını nəzərdən keçirdikdən sonra yoldaş Kim Çen In şəxsən yeni tipli döyüş tankına əyləşdi və sükanı möhkəm tutaraq tankı idarə etdi”, – KCNA nəşri bildirib.

Eyni zamanda, agentlik aydınlaşdırır ki, “tank hissələrinin hərbi qulluqçuları hər şeyə qalib gələn polad komandirin əzəmətli görünüşünə baxaraq, “Manse!” nidaları ilə fərəh fırtınası qoyublar.

Kim Çen In da öz növbəsində gördüklərindən tam məmnun olduğunu bildirib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki