image-2000x150px
image-123
image-ads_atlas
image-965423b9-59df-3e50-aa16-6c9a648fb3bc_850backend

Kim Çen In uzaqmənzilli raketləri sınaqdan keçirib

image-728x90px

Şimali Koreya lideri Kim Çen In uzaq mənzilli qanadlı raketlərin sınağına rəhbərlik edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Şimali Koreyanın başçısı vurğulayıb ki, ölkə “özünün nüvə strateji silahlı qüvvələrinin əhatə dairəsini genişləndirməyə davam etməlidir”. O izah edib ki, bu, istənilən vaxt istənilən kritik hərbi böhranın qarşısını almağa hazır olmaq üçün lazımdır. Bundan əlavə, Kim Çen Inın fikrincə, KXDR bu məsələdə liderliyi tam şəkildə öz üzərinə götürməlidir.

Bildirilib ki, Şimali Koreyanın iki raketi 2000 kilometr məsafədən hədəfi dəqiqliklə vurub. Nəşrin xəbərinə görə, onların buraxılması silahların döyüş effektivliyinin və gücünün sonradan artırılması, xüsusən də “bütün əməliyyat tətbiq sisteminin etibarlılığını və texniki təhlükəsizliyini” təsdiqləmək məqsədi daşıyırdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki