image-ads_n1karobka_mobile
image-01kqc0qgt6x6hhp782jcwq92a2-largebackend

Kişi ilə getdiyi hoteldən meyiti tapıldı

İstanbulun Fatih rayonunda hotel otağında ölü tapılan 24 yaşlı Başak Şlosserlə bağlı istintaqda yeni detallar üzə 

News24.az xəbər verir ki, Almaniya vətəndaşı olan gənc qadın qaldığı hotel otağında asılmış vəziyyətdə aşkarlanıb. Hadisə ilə bağlı saxlanılan beş nəfər şübhəli ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Başak Şlosser hadisədən əvvəl özünü təhlükədə hiss edib və kömək istəmək üçün yaxınlıqdakı mağazaya müraciət edib. Bu anlar təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Eyni zamanda, hotelin müşahidə kameralarında təxminən 9 saatlıq görüntülərin olmaması hadisənin şübhəli tərəflərini artırıb.

Məlumata görə, gənc qadın hoteldə kişi tanışı ilə birlikdə qalıb. Onlar bir müddət otaqda olduqdan sonra həmin şəxs hoteli tərk edib, Şlosser isə ertəsi gün otağında ölü vəziyyətdə tapılıb.

Məhkəmə Tibbi Ekspertizasının ilkin rəyinə əsasən, meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Bununla belə, itkin kamera görüntüləri səbəbilə istintaq genişləndirilib.

Polis əməkdaşları mərhumun mobil telefonunun kilidini ailəsinin köməyi ilə açdıqdan sonra yeni faktlar ortaya çıxıb. Belə ki, telefonda onun hadisədən az əvvəl özünə zərər yetirməyə cəhd etdiyini əks etdirən videoların olduğu müəyyən edilib. Həmçinin digər görüntülərdə də bu niyyətə işarə edən məqamların yer aldığı bildirilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki