image-2000x150px
image-123
image-ads_atlas
image-17175052932466041648_1200x630backend

“Komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirilib – FOTO

image-728x90px

Bu ilin hazırlıq planına uyğun olaraq, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, mərasimdən əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edənlər məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar. Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında belə kursların əhəmiyyəti xüsusi vurğulanıb.

Buraxılış mərasimində kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunduqdan sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

DOĞRU.AZ

image-17175052934556041275_1200x630 image-17175052933848433838_1200x630 image-17175052933815938685_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki