image-ads_n1karobka_mobile
image-667c68bd02e8bd2f454e3c9abackend

Komidə vaqonun relsdən çıxması nəticəsində 40-a qədər insan xəsarət alıb

image-add-a-heading
Komi Respublikasında sərnişin qatarı vaqonlarının relsdən çıxması nəticəsində 40-a qədər insan xəsarət alıb. Onlardan yeddisinin vəziyyəti ağır qiymətləndirilir.

 

Doğru.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov deyib.

“Əməliyyat məlumatlarına görə, 40-a yaxın insan xəsarət alıb, onlardan 7-nin vəziyyəti, o cümlədən bir uşaq yerindəcə ağır qiymətləndirilir”, – deyə o qeyd edib ki, zərərçəkənlər həkimlərin müşayiəti ilə qatarla təxliyə edilib.

Daha əvvəl Komi Respublikasının başçısı Vladimir Uyba qatarla insident nəticəsində 20 qurbanın olduğunu, onlardan üçünün vəziyyətinin ağır olduğunu bildirmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki