image-n1karobka_ads
image-123
image-17345965251266636306_1200x630backend

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətinə baxılıb

image-ad_qayo_720x110px

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsinin şərh edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il yanvarın 16-na təyin edilmiş iclasında baxılacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki