Uşaqların danışıq bacarığı fərdi inkişaf tempindən asılı olaraq dəyişir.
Doğru.az xəbər verir ki, mütəxəssislər bildirir ki, körpələr adətən 9–12 aylıq vaxtdan etibarən ilk sözlərini tələffüz etməyə başlayır.
Psixoloqlar vurğulayır ki, uşaqların danışıq inkişafı ailə mühitindən, valideynlərin ünsiyyətinə və gündəlik danışıq praktikalarına bağlıdır. Valideynlər körpələri ilə tez-tez danışmalı, sadə sözlər və ifadələrlə ünsiyyət qurmalıdır.
Uşaq 12–18 aylıq olduqda isə söz ehtiyatı artır, qısa cümlələr qurmağa başlayır. 2 yaşına çatanda isə körpələr əksər gündəlik sözləri söyləyə bilir və sadə ifadələrlə fikirlərini çatdırır.
Mütəxəssislər valideynləri erkən müdaxilə üçün diqqətli olmağa və uşağın danışıq inkişafını izləməyə çağırır.
Şəhla Qardaşova
DOĞRU.AZ




























