image-n1karobka_ads
image-123
image-posterbackend

“Kosmik Filmlər Festivalı” Bakıda keçiriləcək

image-ad_qayo_720x110px

Bakı, 2 oktyabr  “CineMastercard” Dəniz Mall və Gənclik Mall kinoteatrlarında Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə 4-10 oktyabr tarixlərində “Kosmik Filmlər Festivalı” keçiriləcək.

Doğru.az xəbər verir ki, festival Ümumdünya Kosmos Həftəsi çərçivəsində təşkil olunur və kosmos həvəskarlarına unudulmaz ekran təcrübəsi təqdim edəcək. Həftə ərzində məşhur kosmos mövzulu filmlər tamaşaçılara nümayiş olunacaq.

Festivalın proqramı:

4 oktyabr – Qravitasiya (Gravity) – rus və ingilis dillərində

5 oktyabr – Mikki 17 (Mickey 17) – rus və ingilis dillərində

6 oktyabr – Dolaşan Yer 2 (The Wandering Earth 2) – rus və ingilis dillərində

6 oktyabr – Mənə Ayı göstər (Fly Me to the Moon) – ingilis dilində

7 oktyabr – Dune (Dune Part One) – rus və ingilis dillərində

8 oktyabr – Dune 2 (Dune Part Two) – rus və ingilis dillərində

9 oktyabr – Başlanğıc (Inception) – rus və ingilis dillərində

10 oktyabr – İnterstellar (Interstellar) – rus və ingilis dillərində

Bilet satışları artıq başlayıb. Tamaşaçılar “CineMastercard Dəniz Mall” və “CineMastercard Gənclik Mall” kinoteatrlarında kosmosun möcüzələrini böyük ekranlarda kəşf edə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki