image-ads_n1karobka_mobile
image-kralice-tabut-re-1916868_2backend

  Kraliçanın tabutuna doğru qaçan şəxs həbs edildi

Xəbər verdiyiiz kimi, Böyük Britaniya Kraliçası II Elizabetin xalqla vida mərasimi davam edir.

Vestminster zalda keçirilən vida mərasimi zamanı bir nəfər sıranı tərk edərək kraliçanın tabutuna doğru qaçıb.

Polis İctimai Asayiş Qanununa əsasən həmin şəxsin həbs edildiyini açıqlayıb.

Hadisənin cümə günü axşam yerli saatla 22:00-da baş verdiyi bildirilib.

Qeyd edək ki, krallığın sakinləri və qonaqlarına kraliça ilə vidalaşmaq üçün dörd gün yarım vaxt verilib. Vestminster zalı 19 sentyabr 09:30-dək açıq olacaq.

(Qafqazinfo)

Kraliçanın tabutuna doğru qaçan şəxs həbs edildi – FOTO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki