image-2000x150px
image-123
image-ads_atlas
image-e7c81a28f9dbc7437136dc2e11abd495backend

Kreml Ukrayna ilə bağlı bu məsələyə şərh verməkdən İMTİNA ETDİ

image-728x90px

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna silahlı qüvvələrinin ölkənin işğal olunmuş ərazilərində əks-hücum əməliyyatı keçirməsi məsələsini şərh etməkdən imtina edib.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Xüsusi hərbi əməliyyatın gedişinə gəlincə, bu sualları həmkarım – Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkova ünvanlayın”, – deyə Peskov bildirib.

Dmitri Peskov Rusiya prezidenti administrasiyasının baş verənlərdən narahat olub-olmadığı barədə də suala cavab verməyib və bir daha jurnalistlərə Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.

Xatırladaq ki, Ukrayna ordusu Rusiya tərəfindən işğal olunmuş ərazilərində əks-hücum əməliyyatına başlayıb.

Ukrayna müdafiə qüvvələri artıq Xarkov və Yujnabujsk istiqamətlərində 700 kvadratkilometrdən çox ərazini geri qaytarıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki