image-n1karobka_ads
image-123
image-17590107752088444920_1200x630backend

Kukla Teatrında Həzi Aslanova həsr olunmuş “İnnab ağacı” tamaşası nümayiş olundu

image-ad_qayo_720x110px

Anım Günü münasibətilə Azərbaycan Dövlət Kukla Teatrında iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı Həzi Aslanova ithaf edilən “İnnab ağacı” tamaşasının premyerası keçirilib.

Doğru.az xəbər verir ki, nümayişdə əfsanəvi sərkərdənin ailə üzvləri də iştirak edib. Tamaşa yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında hazırlanıb və İkinci Dünya müharibəsində qələbənin 80, Həzi Aslanovun 115 illiyinə həsr olunub.

Birhissəli kukla tamaşası “qara kabinet” üslubunda qurulub. Səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı isə baş rəssam İqbal Əliyevdir.

Tamaşada qəhrəmanın həyat və döyüş yoluna məktublar və xatirələr əsasında nəzər salınıb. Kukla obrazlarını teatrın aktyorları Rauf Babayev, Lina Məmmədova, Araz Həsənli və İqbal Əliyev canlandırıblar.

Sonda qəhrəmanımızın nəvəsi, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov təşəkkür edərək, bu təşəbbüsün irsimizin gələcək nəsillərə çatdırılması baxımından mühüm olduğunu vurğulayıb.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə isə çıxışında Həzi Aslanovun faşizm üzərində qələbədə müstəsna xidmətlərini qeyd edib və belə tamaşaların gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə böyük töhfə verdiyini bildirib.

DOĞRU.AZ

image-17590107756015854081_1200x630 image-1759010775500702535_1200x630 image-17590107751633637585_1200x630 image-17590107755616413460_1200x630 image-1759010775157339168_1200x630 image-17590107755796919471_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki