image-n1karobka_ads
image-123
image-17a21adcc3a980e66037c80a18ff7eafbackend

Laçın rayonunda mina hadisəsi baş verib, xəsarət alan var

image-ad_qayo_720x110px

İşğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində avqustun 3-də mina hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb. Bildirilib ki, Laçın rayonunun Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu həmin rayonun Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Əli Süleymanov sol ayağından xəsarət alıb.

Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki