image-ads_n1karobka_mobile
image-1724237871202292816_1200x630backend

Laçında 1 tondan artıq çətənə bitkisi yandırılıb

image-add-a-heading

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2024” planına uyğun olaraq, digər qurumlarla birgə tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir zamanı Güləbird kəndinin ərazisində Həkəri çayının sağ sahilində yabanı halda bitən çəkisi 1 tondan artıq 7035 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki