Latviya polisi “Qələbə bayramı” ilə bağlı 67 cinayət işi açıb. Bu barədə idarəyə istinadən LETA agentliyi məlumat yayıb.
“Mayın 9-u ilə əlaqədar Latviyada dövlət polisi 67 cinayət işi açıb və 8 nəfəri saxlayıb”.
Açılan inzibati işlərin sayının artacağı gözlənilir. Qurumun məlumatına görə, şəbəkədə baş verə biləcək bir sıra pozuntular tam qiymətləndirilməyib.
Bundan əvvəl Kiyevdə təqaüdçülər Qələbə Gününü sovet mahnıları ilə qeyd etdikləri üçün saxlanılmışdı.
DOĞRU.AZ