Doğru.az xəbər verir ki, iyulun 1-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov arasında görüş keçirilib.
Adil Kərimli iki ölkə xalqları arasındakı dostluq və qardaşlıq əlaqələrinin qədim köklərə söykəndiyini vurğulayıb. O bildirib ki, Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub və əməkdaşlıq genişlənir.
Özbəkistan naziri Ozodbek Nazarbekov yüksək qonaqpərvərlik üçün təşəkkürünü bildirərək, mədəni əməkdaşlığın daha da dərinləşdiyini qeyd edib.
Görüşdə tərəflər mədəniyyət sahəsində qarşılıqlı layihələr və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
DOĞRU.AZ