image-2000x150px
image-123
image-ads_atlas
image-qacqinbackend

Livan suriyalı qaçqınları geri göndərir

image-728x90px

Livan hökuməti on bir il əvvəl bu ölkədə sığınacaq tapmış suriyalı qaçqınların geri göndərilməsi prosesinə başlayıb.

Bu ölkənin Prezidenti Mişel Aun artıq 15 min qaçqının Suriyaya göndərilməsi barədə məlumat verib. O qeyd edib ki, Qərb ölkələrinin bu insanların öz vətənlərində təqibə məruz qalacaqları barədə açıqlamaları həqiqətə uyğun deyil. Digər tərəfdən, Suriya hökuməti də onları qəbul etməyə hazır olduğunu bildirib.

Livan Prezidenti bildirib ki, bəzi dairələrin suriyalıları həmişəlik Livanda məskunlaşdırmaq planları baş tutmayacaq. Onun sözlərinə görə, əvvəllər fələstinlilərin də Livanda yerləşdirilməsi planları olub və bu, həyata keçməyib.

Hazırda dərin sosial-iqtisadi böhranla üzləşmiş Livanda 1 milyondan artıq suriyalı qaçqın var. Bu, 4 milyon Suriya vətəndaşını qəbul etmiş Türkiyədən sonra ikinci göstəricidir. Cəmi 6 milyon 800 min əhalisi olan Livanda bu qədər çox sayda qaçqının olması ölkə üçün əlavə gərginlik yaradır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki