image-ads_n1karobka_mobile
image-309930041_439158501534723_4790546303921655415_nbackend

Livanda 30 ildə ilk dəfə vəba xəstəliyi qeydə alınıb

Livan hakimiyyəti 1993-cü ildən bəri ölkədə ilk dəfə vəba xəstəliyinin olduğunu bildirib.

Xəstə oktyabrın 5-də ölkənin şimalındakı kəndlərdən birində aşkarlanıb, müalicə olunub və özünü yaxşı hiss edir.

Son həftələr Suriyada vəba epidemiyası müşahidə olunub, burada 10 minə yaxın insan xəstələnib, onlardan 40-a yaxını ölüb.

ÜST hesab edir ki, epidemiyaya səbəb Fərat çayındakı suyun keyfiyyətsizliyi olub. Hələ Suriyaya vəba gəlməmişdən əvvəl də ölkədə ishal və dəri xəstəlikləri çox olub.

Müharibə zamanı su təmizləyici qurğular zədələnib və evlərini tərk edən milyonlarla suriyalı təmiz su təchizatından məhrum olub.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki