image-n1karobka_ads
image-123
image-683dce6a02e8bd6df973de6abackend

London polisi Starmerin evini yandırmaqda şübhəli bilinən dördüncü şəxsi həbs edib

image-ad_qayo_720x110px

London polisi Britaniyanın baş naziri Keir Starmerin evinə yanğın törətməkdə şübhəli bilinən dördüncü şəxsi həbs etdiyini bildirib.

“48 yaşlı kişi bazar ertəsi, iyunun 2-də Londonun Stansted hava limanında… yandırma və həyat təhlükəsi törətmək üçün sui-qəsddə şübhəli bilinərək həbs edilib”, – RİA Novosti London polis xidmətinin bəyanatına istinadən xəbər verir.

Starmerin evində yanğın mayın 12-də baş verib. Hüquq-mühafizə orqanları ilk şübhəlini ertəsi gün saxlayıb.

“The Financial Times” yazıb ki, Britaniya Starmerin evinə edilən yanğının Rusiya ilə bağlı olub-olmadığını araşdırır.

Prezidentin mətbuat katibi Dmitri Peskov Londonun Böyük Britaniyanın baş nazirinin evinin yandırılmasında Moskvanın iştirakı ilə bağlı açıqlamalarını gülünc adlandırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki