image-n1karobka_ads
image-123
image-66d826ea02e8bd4e7a16fe91backend

Lukaşenko etiraz aksiyaları ilə bağlı cinayətlərdə təqsirli bilinən 30 nəfəri əfv edib

image-ad_qayo_720x110px

Belarus prezidenti Aleksandr Lukaşenkonun fərmanı ilə etiraz aksiyaları ilə bağlı cinayətlərə görə məhkum olunmuş 30 nəfər əfv edilib.

“Bu qərar bu insanlara qarşı humanist bir jestdir. Onlar normal həyata, ailəyə və işə qayıtmaq şansı qazanıblar. Əfv olunanlar arasında yeddi qadın və 23 kişi də var”, – dövlət başçısının mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunur ki, məhkum olunanların əksəriyyəti azyaşlı və azyaşlı uşaqların valideynləridir.

Bundan əvvəl Lukaşenko terror və muzdlu fəaliyyətə görə müstəsna cəzaya məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigeri əfv edib .

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki