Doğru.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə Qərbi sərt tənqid edib.
“Bizim Qələbəmizdən səksən il sonra Yalta sülhü Brüssel-Vaşinqton macərası ilə əvəz olundu”, – deyə Lukaşenko BELTA-ya istinadla bildirib.
O əlavə edib ki, gərginlik ocaqları Qərb rəsmilərinin ofislərindən qızışdırılır və insanların həyatı kompüter oyunları kimi idarə olunur.
Xatırladaq ki, Lukaşenko daha əvvəl də Qərbin slavyanlara və digər “aryan olmayan xalqlara” gələcəkdə yer qoymadığını iddia etmişdi.
DOĞRU.AZ