image-2000x150px
image-123
image-ads_atlas
image-20230617_gaf_rk68_209-pic_32ratio_900x600-900x600-47883backend

Macarıstan nüvə enerjisi sahəsində Rusiyaya qarşı sanksiyalara qarşı çıxıb

image-728x90px

Macarıstan heç vaxt Rusiya Federasiyasına nüvə enerjisi sahəsində sanksiyaların tətbiqinə razı olmayacaq, bu, onun maraqlarına ziddir.

TASS xəbər verir ki, bunu Soçidə keçirilən “Atomexpo-2024” beynəlxalq forumunda çıxışı zamanı ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, digər ölkələr Budapeştə bu barədə müraciət ediblər, lakin onlar cavab veriblər ki, milli maraqlara zərər verəcək sanksiyalarla razılaşmağa hazır deyillər.

“Rusiya ilə nüvə enerjisi sahəsində əməkdaşlığa dair sanksiyalar isə bizim milli maraqlarımıza ziyan vurur”, – Siyarto deyib.

Diplomat əlavə edib ki, bir neçə ölkə onlara hamı kimi zərər vuran sanksiyaların qarşısını almaq üçün Macarıstana müraciət edib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki