Macarıstanın xarici işlər naziri Peter Szijarto bildirib ki, Budapeşt heç vaxt Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş qəbulu ilə razılaşmayacaq.
Doğru.az xəbər verir ki, Szijarto Macarıstanın Mandiner qəzetinin təşkil etdiyi tədbirdə çıxış edərək, bunun birləşməyə “ölümcül zərbə” olacağını qeyd edib:
“Ağıllı düşünən hər kəs Ukraynanın üzvlüyünün Macarıstana və Aİ-yə necə təsir edəcəyini görəcək: bu, ölümcül zərbə olacaq”.
Qeyd edək ki, daha əvvəl Politico nəşri xəbər vermişdi ki, ABŞ prezidenti Donald Tramp guya Macarıstanın baş naziri Viktor Orbanı Ukraynanın Aİ-yə üzvlüklə bağlı vetosunu ləğv etməyə razı sala bilib.
DOĞRU.AZ