image-n1karobka_ads
image-123
image-ap19222748349141-pic_32ratio_900x600-900x600-64982backend

Maduro Roma Papasını təhqir etdiyinə görə Zelenskini təlxək adlandırıb

Vladimir Zelenski Roma Papasını təhqir edərək xalqına zərərli təlxəyə bənzəyir.

Bunu  Venesuela prezidenti Nikolas Maduro deyib.

“Zelenski pis danışmağa, Papanı təhqir etməyə başlayır… o, mənə Quaido qədər kobud və məğlub, xalqı üçün zərərli olan eyni təlxək kimi görünür”, – Venesuela lideri qeyd edib.

O, Ukraynada sülhə çağıran Papa Fransiski dəstəkləyib və orada baş verənləri böyük təxribat adlandırıb.

Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Papa Fransiskin ağ bayraq qaldırıb danışıqlar masasına əyləşmək çağırışını rədd edib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki