Avropa İttifaqının yüksək səviyyəli liderləri – Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tusk yaxın günlərdə Moldovaya səfər edəcək. Onların səfəri Rusiyanın qarşıdan gələn parlament seçkilərinə müdaxiləsi ilə bağlı iddialar fonunda baş tutur.
Doğru.az xəbər verir ki, Moldova prezidenti Maia Sandu bu ziyarəti “dəstək nümayişi” adlandırıb. Avropa liderlərinin səfəri həmçinin ölkənin 34-cü Müstəqillik Gününün qeyd olunması ilə eyni vaxta təsadüf edir.
Bununla yanaşı, Rusiyanın Brüsseldəki səfirliyi bəyan edib ki, Belçika, Hollandiya və Lüksemburq XİN rəhbərlərinin Kişinyova səfəri “Aİ-nin Moldovanı sürətlə Ukraynaya çevirmək cəhdlərini” göstərir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Moldova hakimiyyəti parlament seçkiləri ərəfəsində müxalifətə görünməmiş təzyiqlər göstərir.
DOĞRU.AZ