image-n1karobka_ads
image-123
image-makronbackend

Makron Rusiya ilə qarşıdurmaya hazır olduğunu bir daha bəyan edib

Belə bir ehtiyac yaranarsa, Fransa Rusiyaya müqavimət göstərə bilər.

Bu barədə Fransa prezidenti Emmanuel Makron France 2 telekanalında bildirib.

“Bizim üçün müqavimət vaxtı gəldi. Vəziyyət pisləşərsə, biz Rusiyanın heç vaxt qalib gəlməyəcəyinə zəmanət verən qərarlar qəbul etməyə hazırıq”, – deyə Makron bildirib.

Fransanın dəqiq nə edəcəyini Makron dəqiqləşdirməyib. Lakin bundan sonra o, dərhal əlavə edib ki, Fransa ordusu Rusiya və ya rus xalqı ilə müharibə aparmır, ancaq Ukraynanı dəstəkləməkdə davam edir.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki