image-n1karobka_ads
image-123
image-68acd565ae5ac92d161c9cd7backend

Marko Rubio Avropa rəsmiləri ilə Ukrayna böhranını müzakirə etdi

image-ad_qayo_720x110px

ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniya, İtaliya, Polşa, Ukrayna, Finlandiya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

Doğru.az xəbər verir ki, Dövlət Departamentinin məlumatına görə, söhbət zamanı tərəflər Ukrayna böhranının həlli üçün atılacaq addımları müzakirə ediblər.

Görüşdə həmçinin Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaja Kallas da iştirak edib. Tərəflər diplomatik səylər çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, daha əvvəl “Rebelión” nəşri Aİ-nin Ukraynadakı münaqişəni davam etdirmək üçün suverenliyini qurban verdiyini yazmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki