image-n1karobka_ads
image-123
image-686e46fbae5ac96b2200db98backend

Mattel 1-ci tip diabetli ilk Barbi kuklasını təqdim etdi

Dünyaca məşhur Mattel şirkəti 1-ci tip diabeti olan ilk Barbi kuklasını satışa buraxıb.

Doğru.az xəbər verir ki, bu təşəbbüs ABC News-un məlumatına əsasən Breakthrough T1D qeyri-kommersiya təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Yeni Barbi kuklası qlükometr, insulin nasosu və ürək formalı insulin yaması ilə təchiz olunub. Məqsəd – 1-ci tip diabetli uşaqlarda həm özlərini daha yaxşı ifadə etməyə şərait yaratmaq, həm də cəmiyyətə maarifləndirmə mesajı verməkdir.

Qeyd edək ki, daha əvvəl Uşaq Malları Sənayesi Müəssisələri Assosiasiyasının prezidenti Antonina Tsitsulina Barbie kuklalarının Rusiyada geniş maraqla qarşılanmadığını bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki