image-ads_n1karobka_mobile
image-6d3ddb8751476fb0bd3df89352634a14backend

Mayk Tayson “Hulu” servisini onun bioqrafiyasını oğurlamaqda günahlandırdı

Keçmiş boksçu Mayk Tayson iddia edir ki, “Hulu” yayım xidməti onun həyat hekayəsini serial üçün oğurlayıb.

İdmançı bildirib ki, layihənin yaradıcıları onun tərcümeyi-halından istifadə etdikləri üçün boksçuya maddi təzminat təklif etməyiblər.

“Hulu”nun sizi aldatmasına imkan verməyin. Mən onların həyatımla bağlı hekayəsini dəstəkləmirəm. 1822-ci il deyil, 2022-ci ildir”, – Tayson “Instagram”da yazıb.

Qeyd edək ki, “Mayk” serialının premyerası avqustun 25-də “Hulu” platformasında baş tutacaq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki