image-n1karobka_ads
image-123
image-68712d0cae5ac9282d472f4cbackend

McDonald’s-ın işə qəbul üçün istifadə etdiyi süni intellekt botu sındırıldı

image-ad_qayo_720x110px

Amerikanın McDonald’s şirkətinin işə qəbul üçün istifadə etdiyi süni intellekt botu hakerlər tərəfindən sındırılıb.

Doğru.az xəbər verir ki, “Olivia” adlı botun zəif təhlükəsizlik sistemindən istifadə olunması nəticəsində 64 milyon ərizəçiyə aid şəxsi məlumatlar ifşa olunub.

Wired-in yaydığı məlumata görə, hakerlər cəmi “123456” kimi sadə bir parolu təxmin etməklə sistemə daxil olublar. Bot vasitəsilə toplanan adlar, elektron poçt ünvanları, telefon nömrələri və CV-lər hakerlərin əlinə keçib.

Hakerlər qeyd ediblər ki, bu müdaxilə təhlükəsizlik yoxlaması məqsədilə həyata keçirilib və heç bir şəxsi məlumat yayılmayıb. Lakin insident ciddi narahatlıq doğurub.

Qeyd edək ki, daha əvvəl iqtisadçı Stanislav Paulauskasın McDonald’s-ın Rusiyaya geri dönməsinin şirkətə 300-500 milyard rubla başa gələ biləcəyi ilə bağlı açıqlamasını da təqdim etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki