image-ads_n1karobka_mobile
image-adil-1722433003backend

Mədəniyyət naziri Adil Kərimli Astarada vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli avqustun 29-da saat 10:00-da Astara rayon Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi 26 b) Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Doğru.az-a bildirilib ki, vətəndaşlar avqustun 24-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki