image-n1karobka_ads
image-123
image-1730287904456015247_1200x630backend

Mədəniyyət naziri Ağcabədidə vətəndaşlarla görüşüb – FOTO

image-ad_qayo_720x110px

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 30-da Ağcabədi şəhərində vətəndaşlarla görüşüb.

Nazirlikdən Doğru.az-a bildirilib ki, görüşdən əvvəl nazir Adil Kərimli və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhərin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən görüşdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Laçın rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Vətəndaşlar, əsasən işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri üzvlərinin və qazilərin qeyd etdikləri məsələlərə diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu həyata keçirilir. Qəbullarda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciət və təklifləri dinlənilir.

DOĞRU.AZ

image-img-20241030-wa0112 image-img-20241030-wa0109 image-img-20241030-wa0108 image-img-20241030-wa0107 image-img-20241030-wa0106 image-img-20241030-wa0110

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki