image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240605-wa0076backend

Mədəniyyət naziri Almaniya səfiri ilə görüşüb

image-728x90px

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyunun 5-də Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horleman ilə görüşüb.

Nazirlikdən Doğru.az-a bildirilib ki, nazir Azərbaycan ilə Almaniya arasında mövcud olan əlaqələrdən danışıb. Görüşdə qeyd olunub ki, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Almaniya səfiri Ralf Horleman Azərbaycanda alman irsinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Diplomat Azərbaycan alman irsi ilə bağlı mədəni turizm layihəsi ilə bağlı təklif səsləndirib.

Söhbət zamanı hər iki ölkənin mədəniyyət müəssisələri, o cümlədən kitabxana, muzey, sərgi salonları və teatr-konsert müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin bu ilin noyabrında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulan iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə müzakirələrdə Almaniyanın müvafiq institutlarının təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki