image-n1karobka_ads
image-123
image-1722321790628538753_1200x630backend

Mədəniyyət naziri Gədəbəydə müəssisələrə baxış keçirib – FOTO

Xəbər verdiyimiz kimi, iyulun 29-da mədəniyyət naziri Adil Kərimli Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirlikdən Doğru.az-a bildirilib ki, qəbuldan sonra nazir Gədəbəy şəhərində bir sıra mədəniyyət müəssisələrinin – Gədəbəy rayon Aşıq Məktəbi, Gədəbəy rayon Uşaq İncəsənət Məktəbi, Gədəbəy Mərkəzi Kitabxana Sisteminin binası, bir binada yerləşən Gədəbəy rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsinin fəaliyyəti ilə tanış olub.

Həmçinin Gədəbəy rayonu Slavyanka kənd folklor klubuna və Gədəbəy rayonu Slavyanka kənd Musiqi məktəbinə baxış keçirilib. Son olaraq Gədəbəy rayonu Slavyanka kənd kitabxanasına baş çəkilib.

Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

DOĞRU.AZ

image-17223217902340764205_1200x630 image-17223217905772016834_1200x630 image-17223217901118457904_1200x630 image-17223217905742541736_1200x630 image-17223217902947223447_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki