image-n1karobka_ads
image-123
image-1722274985714935486_1200x630backend

Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib – FOTO

image-ad_qayo_720x110px

Mədəniyyət naziri Adil Kərimli iyulun 29-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

Nazirlikdən Doğru.az-a verilən məlumata görə, görüşdən əvvəl nazir Adil Kərimli və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Görüş zamanı Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə iştirak edən şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqət göstərilib, onların müraciətlərinə vaxtında baxılması məqsədilə qeydiyyat aparılaraq nəzarətə götürülüb.

DOĞRU.AZ

image-17222749852023062381_1200x630 image-1722274985299219446_1200x630 image-1722274985592542569_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki