image-n1karobka_ads
image-123
image-mycollages123backend

Mədəniyyət naziri Lerikdə vətəndaş qəbulu keçirəcək – FOTO  

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyulun 11-də, saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi, 22 ) Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətini dinləyəcək.

Bu barədə Doğru.az-a Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar iyulun 7-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

image-1751285051272715522_1200x630

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki