image-n1karobka_ads
image-123
image-1715621198379837893_1200x630backend

Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb – FOTO

image-ad_qayo_720x110px

Mayın 13-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimi çərçivəsində ölkəmizdə səfərdə olan Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim arasında ikitərəfli görüş keçirilib.

Doğru.az xəbər verir ki, nazir Adil Kərimli “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimində iştirakına görə qonağa təşəkkürünü bildirib.

Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni zənginliklərindən söz açan nazir, bu qədim şəhərin xalqımıza bəxş etdiyi görkəmli mədəniyyət və ədəbiyyat xadimləri haqqında məlumat verib.

Adil Kərimli bu il Azərbaycanın qlobal əhəmiyyətli bir tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Bildirib ki, COP29-da iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr aparılacaq.

Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim ölkəmizə səfərindən məmnunluğunu bildirib, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

Qonaq nazir ölkəmizlə mədəni əməkdaşlıqda maraqlı olduqlarını deyib, mədəniyyət günlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-1715621198379837893_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki